SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda hasarları sökdülər: Qadın traktorun qarşısına çıxdı – VİDEO

Bakıda hasarları sökdülər: Qadın traktorun qarşısına çıxdı – VİDEO

Tarix:

10-07-2017, 20:25

/ 57 318 dəfə oxundu.
Bakıda hasarları sökdülər: Qadın traktorun qarşısına çıxdı – VİDEO

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 92A ünvanında bu gün səhər saatlarında yerli icra nümayəndələri ilə sakinlər arasında qarşıdurma baş verib. Buna səbəb həmin küçədə yaşayan 3 evdən ikisinin hasarının sökülməsidir. Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları iş maşını ilə əraziyə gələrək, hasarları qanunsuz adlandırıblar və sökməyə başlayıblar. Bu səbəbdən hasarı sökülən sakinlər etiraz ediblər. Onların etiraz etmələrinə digər bir səbəb də onların tikinti üçün verdikləri puldur. İcra nümayəndələri bu iki evin hasarını sökür, amma nədənsə eyni formada qanunsuz tikilən yan tərəfdəki villanın hasarını sökə bilmirlər.
Sakinlər deyirlər ki, illərdir, burada yaşayırlar: “Hasar da dünən çəkilməyib. "Qanun-qanun" deyib, sökürlər. Yan tərəfdəki villanın hasarı bizimki ilə eynidir. Amma onu sökmürlər, sökə bilmirlər".
10 ildir ki, burada yaşadığını deyən Gülnar adlı şikayətçinn sözlərinə görə, heç bir xəbərdarlıq etmədən sökməyə başlayıblar: "Bu günə qədər görmürdülər, indi xəbər tutublar? Yetim uşaq böyüdürəm, tək qadınam, bir az pul düzəldib hasar tikdirmişdim, onu da sökürlər. Yan tərəfdə icranın öz adamının tikintisi gedir. Hasarını düz yolun qırağına qoyublar. Ona niyə bir söz deyən yoxdur? Yan tərəfdə villa var. Hasarı da bizimki ilə eynidir, heç toxunan da yoxdur".
Ərazidə pencəkli, işçilərə "Oranı sök, buranı sök" deyə əmr edənlər var idi. Amma nədənsə onlara "Siz icra hakimiyyətinin nümayəndəsisiniz" sualını verəndə, "Mən adi vətəndaşam, sadəcə baxıram" deyə cavab verdilər.
Hətta çəkiliş apardığımız zaman bizdən kimliyimizi soruşub, kiməsə zəng edərək bu haqda məlumat verən şəxs belə, özünü adi məhəllə sakini kimi təqdim etdi. Qanuni söküntü prosesi gedirsə, bütün bunlara nə gərək vardı?
musavat.com

Şərhlər

XƏBƏR LENTİ