SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AMEA-da İTALYAN ALİMLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLİR

AMEA-da İTALYAN ALİMLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLİR

Tarix:

26-01-2017, 15:07

/ 1 473 dəfə oxundu.
AMEA-da İTALYAN ALİMLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLİR

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi naliyyətlər sərgisini ziyarət ediblər. Daha sonra seminar öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev seminarın ictimaiyyətin diqqətini sağlam və təhlükəsiz ətraf mühitə cəlb etmək və İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA-nın müvafiq elmi müəssiələri arasında ekoloji təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Sonra çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Can Paolo Kutillo hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ekologiya və insan sağlamlığı sahəsində inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Seminarda dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən danışılıb. Qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.

Tədbirdə İtaliya Milli Sağlamlıq İnstitutundan professor Pietro Kombanın “Çirklənmiş sahələrdə epidemioloji nəzarət: İtaliya təcrübəsi”, doktor Daniela Marsilinin “Ətraf mühit və sağlamlıq üzrə beynəlxalq elmi əməkdaşlıq: məqsədlər, prosedurlar və tematik araşdırmalar”, doktor Laura Açenenin “Daxili su obyektlərinin gigiyenasının özəllikləri və tədqiqat fəaliyyəti. İtaliyada su təhlükəsizliyi planının həyata keçirilməsi”, doktor Luici Turrio Baldassarrinin “Çirklənmənin monitorinqindən insana təsirinin qiymətləndirilməsi və qarşısının alınması siyasətinədək: İtaliya təcrübəsi” mövzularında məruzələri dinlənilib.

AMEA-da İTALYAN ALİMLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLİR
AMEA-da İTALYAN ALİMLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLİR
AMEA-da İTALYAN ALİMLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLİR

Şərhlər

XƏBƏR LENTİ