SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ermənilərdən daha bir təxribat - Torpaqlarımızı yandırırlar...

Ermənilərdən daha bir təxribat - Torpaqlarımızı yandırırlar...

Tarix:

5-07-2017, 19:31

/ 54 129 dəfə oxundu.
Ermənilərdən daha bir təxribat - Torpaqlarımızı yandırırlar...

Ermənilər növbəti təxribata cəhd edib.

Məlumata görə, cəbhənin təmas xəttində ermənilərin nəzarətində olan otlaq sahələrinin yandırılması nəticəsində Xocavənd rayonunun Ağburun ərazisindən azərbaycanlı iş adamlarına məxsus 300 ha taxıl zəmisinin 100 hektarı yanıb. Görülmüş çevik tədbirlər sayəsində böyük itkilərin və qalan sahənin yanmasının qarşısı alınıb.

Xəsarət alan yoxdur.

Qeyd edək ki, dünən saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Şərhlər

XƏBƏR LENTİ