SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ermənlərin yaraladığı qadının vəziyyəti ilə bağlı SON XƏBƏR

Ermənlərin yaraladığı qadının vəziyyəti ilə bağlı SON XƏBƏR

Tarix:

5-07-2017, 10:16

/ 61 521 dəfə oxundu.
Ermənlərin yaraladığı qadının vəziyyəti ilə bağlı SON XƏBƏR

“Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının səhhəti hazırda stabildir”.

Bunu Fizuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, döş qəfəsinin qəlpə yarası diaqnozu ilə əməliyyata götürülən xəstənin həyati üçün heç bir təhlükə yoxdur: “Bir-iki gündən sonra xəstə bizim xəstəxanaya gətiriləcək. Hesab edirəm ki, bir həftəlik müalicədən sonra hətta evə də yazıla bilər”.

Qeyd edək ki, Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Şərhlər

XƏBƏR LENTİ