yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Millət vəkili Heydər Əliyev, Rəsulzadə və Elçibəy adına universitetlərin yaradılmasını təklif edib

Millət vəkili Heydər Əliyev, Rəsulzadə və Elçibəy adına universitetlərin yaradılmasını təklif edib
30-06-2017, 13:42 89 588 dəfə baxılıb

Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq.

“Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır.

Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar.

Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Resulzade, Heyder, edib, ve, Elchibey, Eliyev, Millet, adina, vekili, teklif, universitetlerin, yaradilmasini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ