SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xanım idmançının ölümünə səbəb olan sürücü HƏBS OLUNDU

Xanım idmançının ölümünə səbəb olan sürücü HƏBS OLUNDU

Tarix:

29-06-2017, 18:15

/ 104 948 dəfə oxundu.
Xanım idmançının ölümünə səbəb olan sürücü HƏBS OLUNDU

28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir.

xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir ki, fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ