SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi” - Mərhum psixoloqun həmkarı DANIŞDI

“Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi” - Mərhum psixoloqun həmkarı DANIŞDI

Tarix:

26-01-2017, 09:51

/ 4 444 dəfə oxundu.
“Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi” - Mərhum psixoloqun həmkarı DANIŞDI

Psixoloq Dəyanət Rzayevin intiharı ölkədə şok effekti yaradıb. Məsələ ilə bağlı onun həmkarı Narınc Rüstəmova danışıb. O, psixoloqun intiharından sarsıldığını bildirib:
“Statistik göstəricilər son vaxtlar kişilər arasında intihar hallarının artdığını göstərir. Ruhu şad olsun. Biz 7 il öncəsinə qədər bir yerdə çalışmışıq. O vaxtlar da problemləri vardı. Amma bu, maddi rifahının aşağı olması ilə bağlı deyildi.
Araşdırsanız görərsiniz ki, o, bir neçə dəfə intihara cəhd edib. Kolleqamızın belə bir seçim etməsi çox sarsıdıcıdır. Bu onu göstərir ki, hər bir psixoloq öz psixoanalizini keçirməlidir. Problemi olan psixoloq ona müraciət edən pasiyentə də yardımçı ola bilməz. Nəticədə psixoloq da insandır”.

N.Rüstəmova deyib ki, Dəyanət Rzayevin ailədaxili problemləri olub:
“Dəyanət tək yaşayırdı. Yoldaşı onu tərk etmişdi. Onun ailə problemləri var idi. Yoldaşı ilə ayrılmışdı. Amma buna baxmayaraq onların münaqişələri davam edirdi. 8 yaşında bir oğlu vardı. Uşaq anası ilə qalırdı. Hamının sosial problemləri ola bilər, amma bu, intihar üçün əsas deyil. Görünür Dəyanət mənəvi böhran keçirdiyindən, ailədaxili problemlərdən dolayı bu yola əl atıb”.

N.Rüstəmova “psixoloq da intihar edirsə, sadə vətəndaş probleminin həlli üçün hansı qapını döyməlidir” sualına cavab olaraq bunları deyib:
“Təbii ki, burada mənfi xüsusiyyət onun psixoloq olmasıdır. Amma mən hesab edirəm ki, bu, fərdi xüsusiyyətlərlə daha çox bağlıdır. Biz özümüz psixoloq olaraq da psixoloji dəstək alırıq. Həyatda hər bir insan çətin situasiya ilə qarşılaşa bilər. Bəlkə də o, həmkarlarına müraciət etməyi özünə ayıb sayıb. Kaş ki, vaxtında özü də psixoloji dəstək alardı. Bəlkə də Dəyanət özünə sığışdırmayıb bunu. İstənilən halda bu, onun ailəsi üçün faciədir”.
Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb.
Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.

Şərhlər

XƏBƏR LENTİ