SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR

Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR

Tarix:

29-06-2017, 12:43

/ 57 187 dəfə oxundu.
Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR

Yetkinlik yaşına çatmayan məhkumlar arasında nümunəvi davranışı ilə seçilənlər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmi saytı məlumat yayıb.
Penitensiar Xidmətin tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan bir qrup məhkum xidmət əməkdaşlarının müşayiətilə müəssisənin hüdudlarından kənarda mədəni-kütləvi tədbirlərdə iştirak edirlər. Məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir Ramazan Bayramı münasibətilə həyata keçirilib.
Yeniyetmələr - Lütfəliyev Əli Elşən oğlu, Hüseynov Elnur Əli oğlu və Sultanov Xəyal Zəki oğlu ilk olaraq Qarabağ döyüşlərinin iştirakçısı, “Veteran qadınlar təşkilatı”nın üzvü Rüxsarə Cumayeva ilə görüşüblər, vətənpərvərlik mövzusunda söhbətlər aparıblar.
Tədbirin sonunda yeniyetmələrə Dənizkənarı Milli Parkda, ticarət və əyləncə mərkəsində gəzinti üçün şərait yaradılıb.
Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana, məhkumlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
 Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR
 Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR
 Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR
 Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR
 Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR
 Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ