SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həbsdə olan MTN polkovnikinin səhhəti ağırlaşdı - 15 il cəza istəyiblər

Həbsdə olan MTN polkovnikinin səhhəti ağırlaşdı - 15 il cəza istəyiblər

Tarix:

23-06-2017, 14:49

/ 168 993 dəfə oxundu.
Həbsdə olan MTN polkovnikinin səhhəti ağırlaşdı - 15 il cəza istəyiblər

Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv MTN-in İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi olmuş Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Buna səbəb Vüsal Ələkbərovun səhhətinin pisləşməsi olub.

Məhkəmənin növbəti icladı iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini, rütbəsinin əlindən alınmasını, üzərində həbs olan əmlaklarının müsadirə edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Şərhlər

XƏBƏR LENTİ