SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı prezident keçən yolun pulunu yeyib - korrupsiya əməliyyatı...

İcra başçısı prezident keçən yolun pulunu yeyib - korrupsiya əməliyyatı...

Tarix:

23-06-2017, 09:19

/ 148 954 dəfə oxundu.
İcra başçısı prezident keçən yolun pulunu yeyib - korrupsiya əməliyyatı...

Beyləqan rayonunda Aran və Mayak kənd sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayət edirlər

Sakinlərin dediyinə görə, qeyd olunan kəndlərdəki 10 kilometrlik yol SSRİ vaxtında asfaltlanıb.
Həmin vaxtdan bu günədək heç bir təmir işləri görülmədiyindən yol çox bərbad vəziyyətə düşüb. Sakinlər bir neçə dəfə imza toplayaraq rayon rəhbərliyinə şikayət etsə də, onların şikayətlərinə baxan olmayıb.
Beyləqanda sakinlər şəhərdaxili küçə yollarının da bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə şikayətlər və müraciətlər etmələrinə baxmayaraq nəticə dəyişmir, yollar bərbad vəziyyətdədir.
O, 2012-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edir. Amma onun başçı təyin edilməsindən sonra Beyləqanda problemlər nəinki azalıb, hətta əhalini narahat edən daha ciddi problemlər meydana gəlib.
Həm mərkəzdə, həm də kəndlərdə yollar istifadəyə yararsız hala düşüb. Yol tikintisinə görə büdcədən vəsait ayrılsa da, heç bir iş görülmür. Məsələn, Əmirzayidli kəndinə gedib gəlmək müşkülə çevrilib.
Sakinlər 20 dəqiqəlik yolu 4 saata gedirlər. Qış aylarında əhali ikiqat zülm yaşayır. Xəstələri rayon mərkəzinə çatdırmaq olmur.
Beyləqanın mərkəzi yolları da tamamilə bərbad haldadır. Kənd yolları ilə eyni səviyyədədir. Yolların təmiri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət olunub.
İcra başçısı Vaqif Abdullayev də 2017-ci ildə öz vəzifəsi ilə vidalaşacaq məmurlar cərgəsindədir.
İcra başçısı ilə dost olan 37 saylı Yol İstismar İdarəsində dəhşətli qanun pozuntuları mövcuddur. Burda çalışan fəhlələrin əmək hüquqları kobud şəkildə pozulur.
Məsələn, fəhlələr hələ də əməkhaqqı cədvəlinə qol çəkib maaşlarını ala bilmirlər. İdarə rəhbəri hər ay müxtəlif bəhanələr gətirməklə işçilərin maaşından tutur.
Məhz bu yollara baş vuran məmur özünə geniş imkanlar yaradıb.
2016-cı il də dövlət büdcəsindən Beyləqan rayonuna asfalt küçələrin salınması üçün 496 min, rayonun abadlığı üçün 492 min manat dövlət vəsaiti ayrılmışdır ki, həmin vəsaitlər təyinatı üzrə xərclənmədən, heç bir işlər görülmədən mənimsənilib.
Kefiyyətsiz salınmış asfalt örtükləri qısa vaxtda sökülüb dağılıb, yollarda yaranmış çala-çuxurlar avtomobillərin təhlükəsiz hərəkətinə maniyyə yaradırlar.
Sakinlər deyirlər ki, öklə başçısı İlham Əliyev 12 noyabr 2016-cı il tarixində Beyləqan rayonuna səfər edərkən rayonun mərkəzi magistral küçəsi müəyyən yerə qədər asfaltlanmışdır. Prezidentin səfərindən 2 ay keçmiş artıq həmin yollar bərbad bir vəziyyətə düşüb.

Şərhlər

XƏBƏR LENTİ