SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Astara gömrüyündə Ramazan QADAĞASI - ŞİKAYƏT

Astara gömrüyündə Ramazan QADAĞASI - ŞİKAYƏT

Tarix:

22-06-2017, 14:46

/ 167 129 dəfə oxundu.
Astara gömrüyündə Ramazan QADAĞASI - ŞİKAYƏT

Redaksiyamıza müraciət edən bir qrup Astara rayon sakininin şikayəti Astara gömrük idarəsindən və həmin qurumun işçilərindəndir. Yazan narazı vətəndaşlar bildirir ki, Ramazan ayı gələndən onların İrana gediş-gəlişi gömrük işçiləri tərəfindən süni şəkildə əngəllənir. Problem də tək bu deyil.

Narazı Astara sakinləri yazır:

"Astara sakinləri davamlı şəkildə İrandan alış-veriş edir. Orusluqda da əsasən xurma gətirilir İrandan. Amma Ramazan ayı gələndən Astara gömrüyünün işçiləri İrana keçidi problemə çeviriblər. Əgər əvvəl bir keçiş üçün 10 manat alırdılarsa, indi bu rəqəm 15-20 manat olub.

Bu da narazılıq yaradır və nəticədə gömrük qapısında sıxlıq yaranır. Xəstələrini İrana aparanlar da məcbur yollarda qlır, günlük bazarlığını edən də. İndi də qarşıdan Ramazan bayramı gəlir. Camaat bazarlq eləmək istəyir. Amma 3 gündür irana keçmək zülüm olub.

Biz gömrük komitəsinin sədri Aydın Əliyevdən xahiş edirik ki, bayramla əlaqədar İrana keçidi asanlaşdırsın və bu barədə Astara gömrüyünə göstəriş versin".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ