SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Universitetdə şortik qadağası

Universitetdə şortik qadağası

Tarix:

22-06-2017, 14:05

/ 167 966 dəfə oxundu.
Universitetdə şortik qadağası

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub.

Bu barədə adı çəkilən universitetin İKT fakültəsində təhsil alan Əli Zeynallı bildirib.

Onun sözlərinə görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.

Ə. Zeynallı onu da bildirib ki, təhsil ocağına şortla daxil olmağa qoyulan qadağa heç bir yerdə rəsmi şəkildə qeyd olunmayıb.

Azərbaycan Universitetindən bildiriblər ki, şortiklə təhsil ocağına daxil olmağa heç bir qadağa qoyulmayıb: “Tələbələrimiz şortiklə universitetə daxil ola bilər. Lakin hər şeyin öz qaydası var, tələbə gecə yatdığı geyimdə universitetə girmək istəsə, ona məhdudiyyət qoya bilərlər”.

Oxu.Az

Şərhlər

XƏBƏR LENTİ