yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Rəhmətlik söyüş söydü, öldürdüm...” - Fransada təhsil alan azərbaycanlı

“Rəhmətlik söyüş söydü, öldürdüm...” - Fransada təhsil alan azərbaycanlı
22-06-2017, 11:13 54 788 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə, dələduzluqda, soyğunçuluqda və əmlakı qəsdən məhv etməkdə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eynulla Vəliyevin icraatında olan prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Bəlli olub ki, Z.Məmmədov aptekə daxil olaraq Tərlan Aslanovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb və aptekdən çıxaraq oradan uzaqlaşıb. Bundan başqa Firudun Hüseynovdan su qızdırıcısı almaq üçün razılaşıblar. Qızdırıcını alan zaman aralarında mübahisə yaranıb. Bu zaman Z.Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək F.Hüseynovun başından bir neçə zərbə vurub. F.Hüseynov oradaca ölüb. Z.Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.

Z.Məmmədov həmçinin Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə talayıb.

İttihama münasibət bildirən Z.Məmmədov özünü qismən təqsirli bildiyini deyib: "Mən soyğunçuluq etməmişəm. Rəhmətliyin mənə borcu var idi, 100 manatı da ona görə ölmədən əvvəl mənə vermişdi. Pul yerə düşməmişdi. Dələduzluq etmişəm, adam öldürmüşəm, amma soyğunçuluq etməmişəm. Rəhmətlik söyüş söydü, ona görə vurdum. Mən söyüşü bağışlamıram, atamın oğlu da olsa".

Mərhum F.Hüseynovun qardaşı Fazil Hüseynov ifadə verərək deyib ki, meyiti o tapıb: "Ona zəng etdim cavab vermədi. Bacım və bacım oğlu ilə evinə getdik. Mənzilin qapısı bağlı idi. Bacım oğlunda açar var idi, onunla qapını açdı, içəri girib evdə meyiti gördük".

Z.Məmmədovun qardaşı Kamran Məmmədov ifadə verərək hadisə zamanı binanın qarşısında maşında onu gözlədiyini deyib: "Mən heç nəyin şahidi olmamışam. Sadəcə maşında oturub Zakiri gözləyirdim. O bloka girib yuxarı qalxdı. Mən qara "Mercedes" olan taksidə gözləyirdim. Sonra sakitcə düşüb gəldi. Üstündə qan yox idi, həyəcanlı da deyildi. Mənə heç nə demədi".
Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, qətli törədən 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransanın Strasburq şəhərində ali təhsil alıb. Onun bir övladı var.

Qətl hadisəsi 2017-ci il fevralın 5-də 64 yaşlı Firuddin Hüseynovun Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində baş verib.

Z.Məmmədov əvvəllər dələduzluq etdiyi üçün axtarışda olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: soyush, oldurdum, soydu, tehsil, Fransada, , Rehmetlik, azerbaycanli, alan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ