SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 5 yaşlı qızını zəhərləyən qadın kimdir? — "Rafiq Rəhmanov adlı şəxsin fermasında..."

5 yaşlı qızını zəhərləyən qadın kimdir? — "Rafiq Rəhmanov adlı şəxsin fermasında..."

Tarix:

21-06-2017, 11:31

/ 56 074 dəfə oxundu.
5 yaşlı qızını zəhərləyən qadın kimdir? — "Rafiq Rəhmanov adlı şəxsin fermasında..."

Qusarın Hil kəndində 5 yaşlı övladına dərman verərək öldürən Gülnarə Saypullayeva barədə kənd icra nümayəndəsi Adil Paşayev danışıb.
İcra nümayəndəsi bildirib ki, G.Saypullayeva qonşu İmamqulu kəndindən işləməyə gəlibmiş:
"Burada fermada işləməyə gəlmişdi. Çox da insan arasına çıxmırdı. Həyat yoldaşı isə Şirvanovka kəndindəndir. Bildiyimə görə yeganə övladları imiş. Rafiq Rəhmanov adlı şəxsin fermasında işləyirdi".
Qusar Rayon Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bildirilir ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman
qarışdırılmış süd içirdiyini deyib.

"Ölkə.Az"

Şərhlər

XƏBƏR LENTİ