SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Sınıq qolumdan dartdı”, “Kompüteri yerə çırpdı” - Nazirliyin mərkəzində DAVA

“Sınıq qolumdan dartdı”, “Kompüteri yerə çırpdı” - Nazirliyin mərkəzində DAVA

Tarix:

21-06-2017, 10:58

/ 39 673 dəfə oxundu.
“Sınıq qolumdan dartdı”, “Kompüteri yerə çırpdı” - Nazirliyin mərkəzində DAVA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Protez Ortopedik Bərpa Mərkəzində qalmaqal yaşanıb. Belə ki, qalmaqal I qrup əlil Mehparə Manafova ilə Mərkəzin əməyin mühafizəsi üzrə mühəndisi Sevil Abbasova arasında baş verib. Olaya səbəb Mehparə Manafovanın dəfələrlə zavod direktoru Asif Məcidovun qəbuluna düşə bilməməsi olub. Tərəflər arasında yaranan qalmaqala zavod işçiləri tərəfindən müdaxilə olunub və ara sakitləşdirilib. Bununla bağlı müraciət edən Mehparə Manafova Sevil Abbasova tərəfindən zorakılığa və təhqirlərə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, dəfələrlə müalicə və müayinə üçün Mərkəzə üz tutsa da ona problemi üzrə yardım edən tapılmır. Hətta mərkəzin rəhbəri ilə də görüş baş tutmur: “Nə vaxt gəlirəm müdiri yerində tapa bilmirəm. Deyilənə görə, müdirin qardaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansısa vəzifədədir. Ona arxalanır, güvənir. Katibədən soruşuram, deyir müdir yerində yoxdur. Gün ərzində fərqli saatlarda gəlirəm, yoxdur. Xəstə adamam, çox gəlib-gedə bilmirəm. Materiallar Çin istehsalıdır. Allergik adamam, “kitayski” materiallardan istifadə edə bilmirəm. 8 aydır ki, mən bir kəmərdəyəm. Halbuki kəmər 4 aydan bir dəyişilmələlidir. Mənə başqa keyfiyyətdə kəmər verirlər, onları isə istifadə edə bilmirəm. Buna görə Asif Məcidovla görüşmək istəyirəm, mümkün olmur. Haminin yanında sınıq qolumdan dartan Sevil Abbasova isə mənə deyir ki, indi səni ayağımın altına alacağam. Hələ üstəlik “Müdir boyda başına daş düşsün” deyir. Dövlət müəssisəsində protez almağa gəldiyim yerdə işçi mənə “ayağımın altına alacağam” deyirsə, daha sözüm qalmır. Məni döyəcəklərsə, o zaman bu ölkədən çıxım gedim”. Protez Ortopedik Bərpa Mərkəzin əməyin mühafizəsi mühəndisi Sevil Abbasova açıqlamasında əksini iddia edib. Özünün Mehparə Manafova tərəfindən təhqirlərə və nalayiq ifadələrə məruz qaldığını bildirib. Əməkdaşın sözlərinə görə, dəfələrlə Mehparə Manafova Mərkəzdə olay çıxarıb, işçilərə xoşagəlməz ifadələr səsləndirib: “O xəstəni bizim mərkəzdə hamı tanıyır. Birinci hadisə deyil. Hər dəfə gəlib burada dava salır və dəfələrlə də onu sakitləşdirməyə çalışmışıq. Əksinə, o, məni təhqir edib, şəxsiyyətimi alçaldıb və xoşagəlməz ifadələr səsləndirib. Nazirlikdə də bilirlər ki, o, necə xəstədir. Hər dəfə gələndə nazı ilə oynayırıq, lazımi köməkliyi göstəririk, amma mümkün olmur, narazıdır. Ondan elə sözlər eşitdim ki, dilimə gətirə bilmərəm. Vəziyyət budur, artıq protokol da tərtib etmişik. Direktor səhərdən axşama kimi burda olur. Amma bu gün idxal üçün Gömrük Komitəsinə gedib. Dəfələrlə direktorun kabinetinə girib, masa və stulları uçurub. Ağzını söyüşlərlə, nalayiq sözlərlə açır. Mümkün qədər yola verməyə çalışırıq, amma əsəblərimizi korlayır. Heç bir problemi də yoxdur, sadəcə narazıdır. Mənə deyir ki, sən direktorun kimisən ki, onu müdafiə edirsən? Bundan sonra da komyuterimi qaldırıb yerə çırpdı. Mən isə onun hərəkətindən qapıda donub qalmışdım”. Qeyd edək ki, Mehparə Əlikram qızı Manafova 1994-cü il 19 martda Bakı Metropoliteninin 20 Yanvar stansiyasında törədilən terror aktı nəticəsində ağır bədən xəsarəti alıb. Terror aktı zamanı Mehparə Manafovanın 19 yaşı olub. 23 ildir ki, I qrup əlilidir.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ