yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

BDU-da Jurnalistikanın 13 tələbəsi imtahandan kəsildi - “Səs yazısına görə bizdən acıq çıxırlar”

BDU-da Jurnalistikanın 13 tələbəsi imtahandan kəsildi - “Səs yazısına görə bizdən acıq çıxırlar”
25-01-2017, 17:07 391 dəfə baxılıb
yüklənir...

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajlarının səs yazısının yayılmasından sonra 13 tələbə imtahandan kəsilib

Bu barədə tələbələr məlumat verib. Onlar bildirib ki, Jurnalistika fakültəsində Politologiya fənnindən keçirilən imtahan zamanı bir qrupun 13 tələbəsi aşağı bal alıb.

Tələbələr bunun dekanlığın həmləsi olduğunu iddia edir: "28 nəfərlik qrupdan 13 nəfər eyni vaxtda imtahandan kəsilib. Halbuki uşaqların hamısı imtahana 40-45 balla girib. Bu qədər balı olan tələbələrə imtahanda 10-12 bal yazılıb. Belə bir şey necə mümkündür ki?

Bundan başqa, imtahandan 14 nəfər kəsilsəydi, yenidən keçirilməli idi. Bilərək 13 nəfəri kəsiblər ki, təkrar imtahan keçirilməsin. Tələbələr növbəti semestrdə əziyyət çəksinlər. Səs yazısı mətbuata ötürüldüyü üçün bizdən acıq çıxırlar. Bizə mesaj vermək istəyirlər ki, başınıza oyun açarıq. Kəsrlərin politologiya fənnində olması da mesajın bir hissəsidir. Hamısı düşünülüb”.

Məsələ ilə bağlı fakültənin dekanı Cahangir Məmmədlinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova açıqlamasında məsələnin araşdırılmalı olduğunu deyib: "Politologiya qeyri-ixtisas fənnidir. Həmin imtahanın cavablarını yoxlayanlar da başqa fakültənin müəllimləridir. Bu fənnin Jurnalistika fakültəsinin müəllimləri, dekanlığı ilə bir əlaqəsi yoxdur. Tələbələr özləri də bunu yaxşı bilir. Ona görə kəsilmənin məlum hadisəylə hansısa bağlılığını və ya bilərəkdən edildiyini düşünmürəm. Lakin araşdırıldıqdan sonra geniş açıqlama vermək olar”.
bakipost


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ