SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ - Diqqət!

Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ - Diqqət!

Tarix:

20-06-2017, 14:57

/ 58 265 dəfə oxundu.
Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ - Diqqət!

28 mall-da yerləşən restoranların birində zəhərlənmə faktı qeydə alınıb.

Belə ki, Nailə Əmrullayeva nəvəsi və gəlini ilə iyunun 19-u 28 mall-da yerləşən, “Pak Dad”, “Manqal” şəbəkəsinə məxsus olan “Zirinc” restoranında iftar edərkən zəhərlənib. İftar süfrəsindən bir neçə saat sonra ailənin səhhəti pisləşib.

Nailə Əmrullayevanın verdiyi məlumata görə iftar menyusuna daxil olan yeməklərin dadında turşluq hiss olunurdu:
“Axşam iftar etmək üçün 28 mall-ın 3-cü mərtəbəsində yerləşən “Zirinc” restoranına getdik. Gəlinim nəvəm də yanımdaydı. Nəvəmin 3 yaşı var. Orada bizə dedilər ki, iftar menyumuz var, qiyməti də münasibdir. 8 manata olan iftar menyusu sifariş etdik. Qarabaşaq üstündə ət və rəngli bibərlə, mərci supu, toyuq salatı və paytaxt salatı gətirdilər. Yeyəndə qarabaşağın da bərkidiyini hiss etmək olurdu, paytaxt salatından da turş dad gəlirdi, yeməyi belə axıra qədər yeyə bilmədik. Artıq evə çatanda halımız pisləşdi. Gecə saat 3-ə qədər qaytarmışıq. Bu müqəddəs gündə istəmirik ki, bizim kimi inanclı insanlar iftar süfrəsindən zəhərlənsinlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bu kimi halları istehlakçılarının hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirdi:

“Zirinc” restoranında, eləcə də digər restoranlarda müştərilərin zəhərlənməsi halları birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması hallarıdır və istehlakçılar belə olan təqdirdə istənilən kompensasiyanı tələb etmə haqqına malikdirlər. Lakin Səhiyyə Nazirliyi istehlakçıların hər hansısa bir məhsuldan zəhərlənməsi ilə bağlı rəy verməyəcək. Çünki Səhiyyə Nazirliyi əgər hər hansısa bir məhsuldan zəhərlənməni təsdiq etsə, həmin şirkət nazirliyin verdiyi sertifikatı götürüb qoyacaq nazirliyin masasına. Burada da bəzi maraqlar toqquşur. Lakin həmin ailə Azad İstehlakçılar Birliyinə müraciət etsə, biz onların hüquqlarının qorunması istiqamətində bəzi addımları ata bilərik. Ölkə başçısının bu ilin fevral ayında imzaladığı fərmanla “Qida Təhlükəsizlik Agentliyi”-nin yaradılması bu kimi neqativ halların qarşısını birdəfəlik alacaq. Nə qədər ki müstəqil ekspertiza yoxdur, bu kimi neqativ hallar baş alıb gedəcək. Əgər hər şey qanun çərçivəsində aparılsa, həmin şirkət onlara kompensasiya ödəməli və onların bütün müalicə və müayinə xərclərini qarşılamalıdır”.

“Zirinc” restoranı və digər restoranlar şəbəkəsinin meneceri isə məsuliyyətdən boyun qaçırdaraq onların məhsullarından zəhərlənmə faktının olmasını mümkünsüz adlandırdı.

big.az

Şərhlər

XƏBƏR LENTİ