yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

XDMX “Android” smartfonlar istifadəçilərinə xəbərdarlıq etdi

XDMX “Android” smartfonlar istifadəçilərinə xəbərdarlıq etdi
19-06-2017, 17:44 56 884 dəfə baxılıb
yüklənir...

“Kaspersky Lab" şirkətinin əməkdaşları “Android” smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, “Google Play” onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu “root” imtiyazlara keçirməyə qadirdir.

“Dvmap” adı alan (“Kaspersky Lab”ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında, məsələn, sadə məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, “Dvmap Android”in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq yüklənilib.

Kibercinayətkarlar “Dvmap” zamanı “Google Play”ə əvvəlcə tamamilə zərərsiz tətbiqetmə yükləyiblər, sonra isə onlar aprelin 18-dən mayın 15-dək olan dövrdə zərərli yenilənməni buraxıblar. Beləliklə, cinayətkarlar “Google” təhlükəsizlik sistemləri tərəfindən aşkarlanmaqdan qaça biliblər.

Qurğunun uğurlu yoluxmasından dərhal sonra 32 bit, həm də 64 bit kimi “Android” versiyalarında işləyən zərərverici proqram “root” imtiyazlar almaq üçün eksploitlərin lokal paketindən istifadə edir. Əgər “root” etmək alınırsa, sistemdə bir neçə modullar müəyyən edilir. “Android” versiyasından asılı olaraq, kodun inyeksiyası zərərverici iki kitabxanalardan birini - ya “libdvm.so”, ya da “libandroid_runtime.so” düzəldən zaman hücumun əsas faza mərhələsində baş verir.

“Dvmap” öz modullarının yerinə yetirilməsi üçün normal kodu zərərli kod ilə əvəz edir. Lakin bu da bəzi qanuni tətbiqetmələrin zədələnməsinə və ya onların işinin dayanmasına gətirib çıxara bilər.

Zərərverici kod kənar mənbələrdən olan proqramların quraşdırılmasını həll etmək üçün “Android”də “Verify Apps” funksiyasını kəsən fayl buraxır.

Digər faylları yükləmə məqsədilə o, həmçinin quraşdırılmış tətbiqetməyə qurğu inzibatçısı hüququ da verə bilər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etdi, smartfonlar, istifadechilerine, Android, XDMX, xeberdarliq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ