yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

AMEA-da mənzil qalmaqalı - “1 il işləyənə ev veriblər”

AMEA-da mənzil qalmaqalı - “1 il işləyənə ev veriblər”
19-06-2017, 16:03 57 969 dəfə baxılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub.

AMEA-da baş aparıcı mütəxəssis kimi çalışan alim Novruz Məmmədov açıqlamasında vəziyyəti belə izah edib.
"27 ildir ki, Akademiyada işləyirəm və yataqxanada yaşayıram. Kompüter sahəsi üzrə baş aparıcı mütəxəssisəm. Amma alimlərə ev verilməsi məsələsində siyahıdan kənarda qalmışam. Maraqlıdır ki, bir il işləyənə nədənsə ev veriblər, mənə yox”.
Novruz Məmmədov deyir ki, fakt odur ki, müqavilədə göstərilən şərtlər yerinə yetirilməyib. "AMEA-nın yataqxanasında 118 ailə məskunlaşıb. 2012-ci ildə prezidentin sərəncamı ilə orada insanların şəraitini yaxşılaşdırmaq üçün 1 bloklu 16 mərtəbəli ev tikilməli idi. Amma vəziyyət dəyişdi. Akademiyanın rəhbərliyi ilə bağlanan müqaviləyə əsasən 1 bloklu yox, 4 bloklu oldu. Daha sonra 54 ailəyə mənzil verilib, 50-dən çox ailə isə evsiz qalıb.
Bu məsələdə insanların haqları qeyri-qanuni olaraq tapdalanır. Əsas narazılıq budur ki, digər alimlər hara getməlidir? Bu yeni mənzilin verilməsi yataqxanada yaşayan bütün alimləri əhatə etmir. Halbuki müqavilədə göstərilirdi ki, yataqxanada yaşayan alimlər və sakinlər yeni tikilən evlərə köçürülməlidir. Amma belə olmadı. Bir qrupa verilib bir qrupa yox. Fakt odur ki, müqavilədə göstərilən şərtlər yerinə yetirilməyib”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ev, AMEA da, qalmaqali, menzil, veribler, ishleyene, , il, 1
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ