yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xətai DSMF-də Elçin Məmmədov maxinasiyaları – İDDİA

Xətai DSMF-də Elçin Məmmədov maxinasiyaları – İDDİA
16-06-2017, 17:06 111 169 dəfə baxılıb

Şöbə müdiri dövlət budcəsinə illərlə köçürülməli olan milyonlarala vəsaiti mənimsəyib.

Son zamanlar Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə bağlı redaksyamıza ilginc məlumatlar daxil olmaqdadır. Elektron ünvanımıza daxil olan son məlumat diqqətimizi çəkdiyindən onu oxucularımızın diqqətinə çatdırmaq qərarına gəldik. Uzun müddətdir ki, Xətai rayon DSMF-nə (birləşmiş idarəyə ) rəhbərlik edən Elçin Məmmədov rayon şöbəsində yaratdığı “komandanın” sayəsində dövlətin milyonlarını mənimsəyir. İldən ilə korrupsiya maxinasiyalarını çiçəkləndirən Elçin Məmmədova isə dur deyən yoxdur. Çünki birləşmiş idarənin müdiri hər dəfə ətrafına açıq şəkildə deyir ki, o Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbərliyinə hər kəsdən çox hesab verir. Saytımıza daxil olan məlumata görə Elçin Məmmədovun Xətai DSMF-dəki “komandası” illərdir gizli şəkildə dövlət büdcəsinə köçürülməli olan milyonlarla manat vəsaitləri mənimsəyərək “kiçik oliqarxa” çevriliblər. Rayonun sosial müdafiə və sosial sığorta sistemini tamamilə ələ keçirən Elçin Məmmədov daha peşəkar şəkildə öz “işini” yürütməkdədir. Məlumatda qeyd olunur ki, müdir şöbənin bütün sektorlarına aylıq haqq qoymaqla yanaşı saxta əməliyyatlar da həyata keçirməkdə davam edir. Gəlirlər sektorunda əməliyyatlar əsasən belə aparılır. İşçi sayının gizlətmələri və tender arayışları kütləvi şəkildə saxtalaşdırılır və külli miqdarda vəsait mənimsənilir. Demək olar ki fiziki və hüquqi şəxslərin bütün papkaları DSMF- nin rayon şöbəsi müdrinin istəyinə uyğun yenidən yazılır. Fərdi uçotun təşkili sektoru isə staj hesabatlarının yazılışında pensiya sektorunun rəyini nəzərə alır. Burada əsas məsələ saxta pensiya təyinatların aparılmasına rəvac verməkdir. Pensiya təyinatı sektoru isə qanuni şəkildə pensiyaya çıxacaq şəxslərin sənədlərində əmma taparaq “hörmət” etmədikləri təqdirdə pensiya məbləğinin aşağı olacağı ilə bağlı hədələyirlər. Müqabilində isə ya nəğd pul, ya da 2 aylıq pensiya məbləğini pensiya inspektorları tərəfindən mənimsənilir. Məlumatda qeyd edilir ki, Elçin Məmmədov dəfələrlə ətrafına və yaxınlarına açıq şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirini Səlim Müslümovun yaxın qohumları ilə isti münasibətinin olduğunu və buna görədə onun toxunulmazlar siyahısına düşdüyünü deyir. Redaksiyamıza Elçin Məmmədovun Xətai rayonunda hansı obyektlərdən vəsait yığaraq mənimsəməsi və rayon DSMF şöbəsində baş verən ilginc hadisələrlə daxil olan məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

7News.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: DDA, DSMF de, Xetai, Elchin, maxinasiyalari, Memmedov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ