SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami rayonunda yaşıllıqlar məhv edilir – Arif Qasımovla Ramin Babayevi nə birləşdirir?

Nizami rayonunda yaşıllıqlar məhv edilir – Arif Qasımovla Ramin Babayevi nə birləşdirir?

Tarix:

16-06-2017, 16:45

/ 111 421 dəfə oxundu.
Nizami rayonunda yaşıllıqlar məhv edilir – Arif Qasımovla Ramin Babayevi nə birləşdirir?

İcra başçısı iş adamı Ramin Babayevlə hansı işi görür?
Bakıda gizli ağac soyqırımı və torpaq biznesi yenidən gündəmə gəlib. İcra başçıları yaşıllıq əraziləri iş adamlarına sataraq gizli şəkildə təbiəti məhv edərək müxtəlif obyektlər tikirlər. Paytaxt Bakı rayonları arasında son 1 ildə yaşıllığın məhv edilməsinə görə sıralamada Nizami rayonun birinci olduğunu desək yəqin ki, yanılmarıq.
Son 8 ayda Nizami rayonunda gizli şəkildə onlarla yaşllıq məhv edilərək müxtəlif obyektlərə çevrilib. Nizami rayon icra hakimiyyətindəki etibarlı mənbənin verdiyi məlumata görə, Arif Qasımovun topraq biznesinə hazırda 3 adam nəzarət edir. Bunlardan biri İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirov, digəri Arif Qasımovun qardaşı Vuqar Qasımov, III şəxs isə başçının həmyerlisi Ramin Babayev adlı şəxsdir.
Məlumatlandıran şəxsin bildirdiyinə görə hazırda əsas “maklerliyi” Ramin Babayev adlı sahibkar edir. Verilən məlumata görə, Ramin Babayev müxtəlif adamlara torpaq sahələrinin satışı ve obyekt tikintisi üçün icazənin alınması ilə məşğuldur. İcra başçısının “makler” dostu özünə və ətrafına onlara obyekt alaraq xeyli sayda yaşıllıq ərazini yoxa çıxardığı iddia olunur.
Məlumatda qeyd edilir ki, Ramin Babayev yaşıllıqları gecə vaxtı yoxa çıxartdırır. Həmin ərazidə yaşayan sakinlər isə tezdən oyananda artıq yaşıllıq ərazinin yerində hansısa obyektin tikilməsinin şahidi olurlar. Verilən məlumata görə, Ramin Babayevin bu şəkildə fəaliyyəti Arif Qasımovu xeyli məmnun edib. Çünki son 8 ayda icra başçısı onlarla yaşıllıq ərazisi məhv edilərək, yerində obyekt tikilib.
Arif Qasımovun oğlu Nadir Qasımovun (Mediada bahalı həyat tərzi keçirməsi ilə bağlı məlumatlar yayılıb – red) bir çox xərclərinin də Ramin Babayev tərəfindən qarşılanır.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ