SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı - 28 min borc

Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı - 28 min borc

Tarix:

15-06-2017, 13:19

/ 114 994 dəfə oxundu.
Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı - 28 min borc

Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb

Bu barədə bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib.

Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın "Azərenerji"yə 28 min manat borcu var.

Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir.

Şərhlər

XƏBƏR LENTİ