SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Naxçıvan sakinlərinin YENİ ÇİLƏSİ – Yüzlərlə avtomobil MR-dən çıxarılır!

Naxçıvan sakinlərinin YENİ ÇİLƏSİ – Yüzlərlə avtomobil MR-dən çıxarılır!

Tarix:

15-06-2017, 12:22

/ 116 304 dəfə oxundu.
Naxçıvan sakinlərinin YENİ ÇİLƏSİ – Yüzlərlə avtomobil MR-dən çıxarılır!

Naxçıvan Muxtar Respublikasında dəqiq sayı bilinməyən çoxlu sayda avtomobilin istismarına qadağa qoyulub. Buna səbəb onların Bakı qeydiyyatında olmalarıdır.
Naxçıvan MR Dövlət Yol Polisi avtomobili Bakı qeydiyyatında olan (“10″, “90”, “99”-la başlayan dövlət nömrə nişanları) avtomobillərin sahiblərindən ya onları Naxçıvan qeydiyyatına salmağı, ya da MR ərazisindən çıxarmağı tələb edir. Lakin məsələ ondadır ki, istehsal ili 5 ildən çox olan avtomobillərin MR qeydiyyatına götürülməsi qadağan olunduğundan, “10”, “90”, “99”-la başlayan dövlət nömrə nişanlı avtomobillərin böyük əksəriyyətini Naxçıvanda qeydiyyata saldırmaq mümkün deyil. Belə avtomobilləri sahibləri təcili MR ərazisindən çıxarmalıdırlar. Əks halda onları ciddi cəzalar gözləyir.
Verilən məlumata görə, hər gün Bakı qeydiyyatında olan onlarla avtomobil MR-dən çıxarılaraq, İran ərazisi üzərindən satılmaq üçün paytaxta daşınır. Belə problemlə üzləşən vətəndaşlar DYP-nin bu tələbini qanunsuz və ədalətsiz adlandırırlar. “Bu, Azərbaycan Konstitusiyasının pozulmasıdır”, deyə, adının çəkilməsini istəməyən Naxçıvan sakini müxbirimizə bildirib.
Ən maraqlısı isə odur ki, qeydiyyat nişanı “99”-la başlayan avtomobillərin də istismarına Naxçıvanda qadağa qoyulub. Halbuki, “99” bütün respublikanı əhatə edir və Azərbaycanın istənilən vətəndaşı ilkin qeydiyyat zamanı “99”-la başlayan dövlət nömrə nişanı almaq hüququna malikdir. Naxçıvanda yaşayan vətəndaşlar faktiki olaraq bu hüquqdan məhrum edilir. MR DYP-sinin bu qərarı isə yüzlərlə, bəlkə də minlərlə Naxçıvan sakininə ciddi problem və xərc yaradır. İndi vətəndaşlar istehsal ili 5 ildən artıq olan avtomobillərini Naxçıvandan çıxarmalı, Bakıda və ya Respublikanın digər ərazilərində satmalı, bunun əvəzinə istehsal ili 5 ildən artıq olmayan yeni avtomobil alaraq MR-ə aparmalıdır. İstehsal ili 5 ilədək olan avtomobillər isə baha olduğundan, bu qərar faktiki olaraq, Naxçıvanda yaşayan vətəndaşların əksəriyyətini avtomobil sahibi olmaq hüququndan məhrum edir.

“AzPolitika”

Şərhlər

XƏBƏR LENTİ