SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azər Süleymanov baytar seminarının pulunu “Karusel”də silir

Azər Süleymanov baytar seminarının pulunu “Karusel”də silir

Tarix:

15-06-2017, 09:35

/ 117 296 dəfə oxundu.
Azər Süleymanov baytar seminarının pulunu “Karusel”də silir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəisi Azər Süleymanov baytarların peşəkarlığının artırılması istiqamətində təşkil olunan seminarlardan pul silməyin yolunu tapıb
Məlumata görə, hər il beynəlxalq donorlar Azərbaycanda baytarlar üçün təlimlər keçir, seminarlar təşkil edir.
Bu donorların təşkil etdiyi konfranslara ayrılan qrantlara nəzarət etmək isə A.Süleymanovun səlahiyyətində deyil. Ona görə də Xidmət rəisi seminarlardan maxinasiyalar yetmək üçün baş sındırırdı. Artıq A.Süleymanov analoqsuz metod tapıb.
Belə ki, hər il Qərb zonasının regional mərkəzi olan Gəncədə təşkil edilən tədbirlər bu dəfə Göygöldə olub. Buna səbəb də A.Süleymanovun Göygöldən olmasıdır.
DBX rəisi Göygöldə yerləşən “Karusel” istirahət mərkəzində baytarlar üçün təlim təşkil etdirib. Çünki iddialara görə, həmin istirahət mərkəzi baş baytara məxsusdur.
Bura gələn baytarların qalması, yemək-içməyi onun restoranına xeyir verir. Beləcə, beynəlxalq təşkilatların qrantları bu şəkildə baş baytarıb cibinə gedir.
A.Süleymanov I qrup əlildir. Onun səhhətində olan ciddi problemlərə görə I qrup əlil kimi pensiya aldığı bildirilir.
Təbii ki, hər bir insanın səhhətində nə vaxtsa olacaq problemdən heç birimiz sığortalanmamışıq. Ölkədə minlərlə əlillik pensiyası alan insanlarımız var.
Onların arasında məmur kateqoriyasına aid olanlar da var, sıravi vətəndaşlar da. Dövlət tərəfindən hər zaman əlil insanlara, aztəminatlı ailələrə, fiziki qüsurlu vətəndaşlara qayğı göstərilir.
Ancaq I qrup əlil olan bir şəxsin Dövlət Baytarlıq Xidmətinin rəisi işləməsi anlaşılmazdır. İddia olunur ki, A.Süleymanov bu məsələni ictimaiyyətdən gizli saxlayıb.
DBX rəisi vəzifəsində işləyən qulluqçu I qrup əlil olmamalıdır. Belə bir post tutan şəxs sağlam olmalıdır. İddialara görə, A.Süleymanov daim müalicə alır və onun səhhəti həkimlərin diqqət mərkəzindədir.
Bizim ona şəfa diləməklə yanaşı nazirliyə veriləcək sualımız ondan ibarətdir ki, onu vəzifədə necə saxlayıblar?
Qarşı tərəfi dinləməyə hazırıq.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ