SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”

Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”

Tarix:

13-06-2017, 14:20

/ 82 637 dəfə oxundu.
Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”

“Yeni hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir”.
Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur:
“Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.
Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.

Şərhlər

XƏBƏR LENTİ