SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur məmur borcundan 2 milyon ödədi - 4 milyon qalıb...

Məşhur məmur borcundan 2 milyon ödədi - 4 milyon qalıb...

Tarix:

13-06-2017, 12:14

/ 63 367 dəfə oxundu.
Məşhur məmur borcundan 2 milyon ödədi - 4 milyon qalıb...

Hazırda məhkəmə prosesi davam etdirilən Rabitə Nazirliyinin yüksək vəzifəli şəxsləri dövlətə dəyən ziyanı ödəməyə davam edirlər.

Hakim Əfqan Hacıyevin icraatında olan proses üzrə keçirilən sonuncu iclasda nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək təqsirləndirilən şəxslərin dəymiş ziyanla bağlı ödəmələr etdiyini deyərək iclasın təxirə salınmasını istəmişdi.

Bir neçə gün öncə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 2 milyon manat, BTRİB-in baş mühasibi olmuş Anar Mustafayev isə 567 min manat ödəyib.

Bununla da A.Mustafayev verilən ittiham üzrə vurduğu ziyanı tam ödəyib.

Vidadi Zeynalovun isə 4 milyon 220 min manat borcu qalıb.

Bundan öncə isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçmiş rəisi Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon manatlıq ziyanı ödəmişdi.

Şərhlər

XƏBƏR LENTİ