yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Seyidlik vəsiqəsi" verən qazı peşman olub - "Bilsəydim verməzdim..."

12-06-2017, 12:10 59 491 dəfə baxılıb

Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməyindən danışıb.
O,bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib: "Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”
Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib:"Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir.
Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”

Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb:

"İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya, hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam”.
unikal.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: veren, Seyidlik, qazi, peshman, vermezdim, Bilseydim, , vesiqesi, olub
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ