SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qanuna dəyişiklik edildi

Qanuna dəyişiklik edildi

Tarix:

5-06-2017, 14:30

/ 229 279 dəfə oxundu.
Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

xalqxeber.az xəbər verir ki, qanunun 21-ci maddəsinin birinci cümləsində “məhsulların, işlərin, xidmətlərin və fəaliyyətlərin standartlara və texniki tələblərə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilib.

Prezidentin imzaladığı digər sərəncamda isə bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bundan başqa Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat verməsi nəzərdə tutulur.

Şərhlər

XƏBƏR LENTİ