SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İTV-də gözlənilməz təyinat: Rəhbər şəxsi bir ay sonra çıxartdılar-FOTO

İTV-də gözlənilməz təyinat: Rəhbər şəxsi bir ay sonra çıxartdılar-FOTO

Tarix:

5-06-2017, 13:08

/ 229 365 dəfə oxundu.
İTV-də gözlənilməz təyinat: Rəhbər şəxsi bir ay sonra çıxartdılar-FOTO

Ötən həftənin sonlarından etibarən mediada İTV-də yeni təyinatın olduğu barədə məlumatlar dərc olunur.

Xəbər verilir ki, bir vaxtlar ATV telekanalının vitse-prezidenti vəzifəsində çalışan və Vüqar Qaradağlı bura direktor gələndən sonra işindən ayrılan Həsən Abdullayev İTV-nin Baş direktor müavini təyin olunub.

Bu barədə öncə publika.az, bu gün isə lent.az saytları xəbər yayıb.
İTV-nin rəsmi saytında isə hələ də Baş direktor müavini kimi Cabbar Quliyevin adı qeyd olunur. Maraqlıdır ki, Cabbar Quliyev bu vəzifəyə qısa müddət əvvəl - may ayının 4-də təyin olunmuşdu. Yeni təyin olunmuş rəhbər şəxsin cəmi bir ay sonra vəzifəsindən azad olunması Azərbaycanda nadir rast gəlinən hadisələrdəndir.

Fakt hələ rəsmən təsdiqlənməsə də, yeni təyinatın bu gün elan ediləcəyi gözlənilir.
İTV-də gözlənilməz təyinat: Rəhbər şəxsi bir ay sonra çıxartdılar-FOTO
İTV-də gözlənilməz təyinat: Rəhbər şəxsi bir ay sonra çıxartdılar-FOTO

Şərhlər

XƏBƏR LENTİ