SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanlılar aksiya keçirdi: - Prokuror idarəni suçladı

Azərbaycanlılar aksiya keçirdi: - Prokuror idarəni suçladı

Tarix:

5-06-2017, 12:36

/ 228 194 dəfə oxundu.
Azərbaycanlılar aksiya keçirdi: - Prokuror idarəni suçladı

Ərdəbil Poladətirmə Zavodu və Zəncanın Ənquran bölgəsində yerləşən qurğuşun və sink mədəninin ixtisara düşmüş işçiləri əmək haqlarını ala bilmədiklərinə, işsiz qaldıqlarına görə növbəti aksiya keçiriblər.

Etirazçılar “Kalsimin” şirkətinin binası önündə toplaşıblar.

“Yerlilər işsiz ikən, mədənin başqa bölgələrdən gətirilən işçilər iş başındadır. Etirazlardan sonra Əmək və Məşğulluq İdarəsinin müdaxiləsi ilə bizim yenidən işə qaytarılacağımızı bildirdilər, lakin verilən vəd yerinə yetirilmədi”, - deyə etirazçı işçilər bildirib.

Ötən iki il ərzində Ənquran mədəninin 200 işçisinin ixtisara düşdüyü bildirilir.

Ərdəbil Poladəritmə Zavodunun ixtisara düşmüş 88 işçisi isə uzun müddətdir əmək haqlarını ala bilmədikləri üçün dəfələrlə Əmək və Məşğulluq İdarəsi və Valilik binası önündə etiraz mitinqi keçiriblər. Son məlumata görə, Ərdəbil prokuroru Nasir Ətəbati zavoddan 88 işçinin ixtisar edilməsi və onların 3 milyard tümən əmək haqqının şirkət tərəfindən ödənilməməsində İş və Məşğulluq İdarəsini günahlandırıb.

Ərdəbil valisi Məcid Xudabəxş sözügedən işçilərin iddiasının təmin olunacağını deyib.

Şərhlər

XƏBƏR LENTİ