SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib

Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib

Tarix:

5-06-2017, 09:32

/ 227 301 dəfə oxundu.
Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib

02 iyun 2017-ci il tarixdə “Bakı Avrasiya” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin daha bir təlimi keçirilib.
Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, "Bakı Avrasiya" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Elməddin Məmmədov və 40 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan "Bakı Avrasiya" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Elməddin Məmmədov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq. Mədəniyyətşünaslığın əsas məsələlərindən biri də mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir. Müasir dövrdə bu münasibətlərin əhəmiyyəti çox aktualdır. Hər ikisi insan həyatının ayrılmaz hissəsidir. Mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır. Bu bir təərfdən təbiəti nizamlasa da, digər tərəfdən təbiətin nizamlanmış qaydasına ciddi dəyişikliklərə aparıb çıxarır. Mədəniyyət "iknci təbiət" də adlana bilər.
Sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək lazımdır. Bəzən, tələbələr universiteti bitirdikdən sonra özlərinin humanitar fəaliyyətlərini müəyyənləşdirə bilmirlər. Mədəniyyət anlayışının aşılanması və davamlı olaraq ölkə mədəniyyətində fəallıq göstərmək universitet tədrisindən uzaqdır. Bunu həm də, nəzəri olaraq tədris etmək uğursuz olduğu üçün, qeyri-formal metodlardan istifadə etmək daha uyğundur. Tələbə şəxsi karyera qurmağı daha çox düşünür. Milli kimlik anlayışının formalaşması mədəniyyətə daha çox bağlıdır. Tələbəlik dövrü bitəndən sonra, iş fəaliyyətində humanitar təşəbbüslər vacibdir.
Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib
Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib
Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib
Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib
Nərimanov rayonunda “Humanitar dərs” layihəsinin daha bir təlimi keçirilib

Şərhlər

XƏBƏR LENTİ