SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəsimi rayon sakinləri etiraz etdi “YAŞILIĞIN SOYQIRIMI” – bu etirazlar xəsarətlərlə nəticələndi -VİDEO

Nəsimi rayon sakinləri etiraz etdi “YAŞILIĞIN SOYQIRIMI” – bu etirazlar xəsarətlərlə nəticələndi -VİDEO

Tarix:

2-06-2017, 17:12

/ 274 606 dəfə oxundu.
Nəsimi rayon sakinləri etiraz etdi “YAŞILIĞIN SOYQIRIMI” – bu etirazlar xəsarətlərlə nəticələndi -VİDEO

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə və hal hazırda ölkə rəhbəri vəzifəsini layiqli Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevin tapşırıqları bir mənalı olaraq budur ki, ağac kəsilməsi qəti qadağandır. Dövlət əhəmiyyəti olmadığı halda ağacın ETSN-nin izni olmadan kəsilməsi bir başa cinayət törətməkdir. Qanunsuz ağacı kəsən şəxs ekologiya əməkdaşlarına yaxınlaşaraq onların tələb etdiyi sənədləri bu gün Azər və Əhməd adlı ekologiya əməkdaşlarından götürəcəyini bildirməsi artıq bu şəffaf iş prinsipi olan nazirliyin daxilində cinayətlərin qanunsuz olaraq ört basdır edilməsinə səy göstərənlərin olduğuna işarədir. Əgər bu belə deyilsə necə ola bilər ki, 10 gün əvvəl kəsilmiş ağaclar barəsində bu gün kəsilməsi haqqında rəy verilir. Yeni qanunlar icad edilir ki bizimdə bundan xəbərsiz olduğumuz aşikardır. Əvvəl cinayət törədilir sonra isə bunun cinayət deyil qanuni əməl olduğu haqqında rəy verilir.

Bir neçə gündür davam edən yaşılıq soyqırımı və qanunsuz tikintiyə rəhbərlik edənlər xalqın haqqlı etirazlarına qarşı təzyiq və şiddət göstərməkdədirlər. Nəsimi rayon 5-ci mikrorayon Asif Məhərrəmov küçəsinin 46-cı və 50-ci binanın sakinləri etiraz etdilər. 46-cı və 50-ci yaşayış binaların ortasında vətəndaşların istirafət yeri zəbt edilərək obyekt tikintisi həyata keçirilir. Etiraza səbəb isə yaşayış binasının qarşısındakı istirahət güşəsinin məhv edilməsi olub. Etiraz səsini çıxaranlara qarşı isə ərazi polisi şiddət və təzyiqlərlə qarşılıq verib. BakuNews.az-abununla bağlı sakinlər danışdı. Ərazidə kəsilmiş ağaclaraın kötük hissəsini çıxarmaq üçün gizli gətirilən konlar gecə raddələrində törətdikləri cinayətin izini itirməyə cəhd ediblər. Cinayətin izini itirmək istəyən bu şəxslər vətəndaşların çəkilişlərindən xəbərsiz olub işlərinə davam edərək heçnə olmamış kimi davranmağa müvvəfəq olublar.

02.06.2017-ci il tarixində redaksiyamızın əməkdaşlarının əraziyə gələrək qanunsuz olaraq törədilən əmələrin şahidi olublar. Dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə bununla bağlı redaksiyamızdan verilən məlumatlara baxmayaraq nazirlik əməkdaşları tədbir görməkdə acizlik edirlər. Tikinti ərazisinə gələn 01-AA-519 dövlət qeydiyyatlı avtomobilin sürücüsü adının ilqar olduğunu və əlində olan sənətlərin qanunsuz tikili olduğu barədə verdiyimiz suallara baxmayaraq sənətlərin sürətini bizə təqdim etmədi. Ekologiya nazirliyinəı aid olduğun bildirdiyi sənət üzərində imza olub möhürün olmaması artıq bu şəxsin qanuni dediyi tikintinin sənətlərini niyə bizə təqdim etmədiyi bəli oldu. Hansısa qanunsuz işlərin gizlədilməsi zamanı insanlar sənət təqdim etməkdə acizlik və qorxaqlıq nümayiş etdirdiyindən İlqar bəyində etdiyi hərəkətlər bundan başqa bir şey deyildir.

Tikintiyə etiraz edən vətəndaşlar arasında xəsarət alanlar var ki bunlardan biridə xanımdır. Xanım əməkdaşlarımıza bildirib ki o hal-hazırda tibbi ekspertizadan keçib və xəsarətləri ilə bağlı polis əməkdaşlarından şikayətdə edib.
Ərazidə olduğumuz zaman ağacların kəsilməsi ilə bağlı verdiyimiz sualda İlqar bəy bildirdi ki, burda heç bir ağac kəsilməyib. İlqar bəyin inkar etdiyi kəsilməyən ağacın bir il əvvəl cəkilmiş fotosun redaksiyamız əldə edib.

Araşdırmamız davam edir.
Mövzu diqqətimizdədir.

Redaksiyadan: Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ