SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ramil Usubov general və polkovniki təqaüdə göndərdi

Ramil Usubov general və polkovniki təqaüdə göndərdi

Tarix:

24-01-2017, 22:46

/ 2 503 dəfə oxundu.
Ramil Usubov general və polkovniki təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-in mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. Bu barədə ilk məlumatı “Haqqin.az” saytı yayıb.

Şərhlər

XƏBƏR LENTİ