SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Hacı pivəsi” haramdır!” - “Təzə Pir” məscidinin axundu

“Hacı pivəsi” haramdır!” - “Təzə Pir” məscidinin axundu

Tarix:

1-06-2017, 14:26

/ 113 224 dəfə oxundu.
“Hacı pivəsi” haramdır!” - “Təzə Pir” məscidinin axundu

Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə (“Hacı pivəsi” adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi “Hacı pivəsi”nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır

Nəfsinə hakim ola bilməyənlər isə “babalı istehsal edənin boynuna” deyib içir...

“Təzə Pir” məscidinin axundu Hacı Faiz Nağızadə bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyevin “Hacı pivəsi” brendi yoxdur, bütün pivələrin tərkibində spirt var” fikirlərinə dəstək verib.

Axund “Hacı pivəsi”nin haram olduğunu bildirib:

“Pivə haramdırsa, onun adı olan hər şey haramdır. Spirt yoxdursa, onda niyə adına pivə deyirlər?”

Hacı Faiz bu cür içkilərə meylli olanları qınayıb:

“Bu gün-sabah “Hacı arağı” da istehsal etsələr, onu da içəcəklər? Öz nəfslərinə hakim ola bilməyən kəslər bununla insanları harama sövq edirlər”.

Şərhlər

XƏBƏR LENTİ