yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar - Əflatun Amaşov

Bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar - Əflatun Amaşov
31-05-2017, 15:41 59 770 dəfə baxılıb

"Son zamanlar sosial şəbəkələrdə çoxlu sayda saxta profillər meydana çıxıb. Həmin profillərdə müxtəlif şəxslər böhtan və təhqirlərlə üzləşirlər, mənəvi şantaja və terrora məruz qalırlar. Buna görə cərimə hazırda 1000-1500 manat arasıdır. Müzakirə etdiyim layihədə isə bu rəqəm 1000-2000 manat arası göstərilir. Müqayisəli yanaşsaq, daha bir qeyri-adekvatlıq da bundadır. Çünki son zamanlar sosial şəbəkələr həyatımıza daxil olublar. Onlar virtual yox, artıq real məkandır".

Bunu bu gün Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı çıxışı zamanı bildirib.

O deyib ki, bu məkanda baş verən hadisə və proseslərin mənfi təsirləri daha çox aktuallaşmaqdadır. Bu gün saxta profillər ailələrin dağılmasına səbəb olur. Bir növ, cəmiyyətin özəyini parçalayır.

"Böhtan və təhqirə görə cərimə həddinin də daha yüksək olmasını təklif edirəm. Əvvəl böhtana görə 100-500 manat arası cərimə nəzərdu tutulurdu, təhqirə görə isə 300-1000 manat. Yeni layihədə bu rəqəmlər 1000-1500 manatdır. Cərimələr daha yüksək olmalıdır. Həm də ona görə ki, hazırda bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar. Məqsədləri rəqiblərinə qarşı "qara piar" kampaniyası aparmaqdır. Biz araşdırmışıq, məhz onların yaratdıqları saytlarda təhqir və böhtanlar baş alıb gedir. Düşünürəm ki, bu sayaq yarıtmaz hallarla mübarizə aparmaq üçün də cərimələr artırılmalıdır", - deyə deputat bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: maraqli, ozleri, , qruplar, informasiya, Eflatun, daireler, Amashov, yaradirlar, Bezi, ve, resursu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ