SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatlar etiraz etdi, dəyişikliklər qəbul olunmadı

Deputatlar etiraz etdi, dəyişikliklər qəbul olunmadı

Tarix:

31-05-2017, 14:44

/ 60 258 dəfə oxundu.
Deputatlar etiraz etdi, dəyişikliklər qəbul olunmadı

Torpaq Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Qanunun 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq" sözləri "İctimai çimərliklərdə" sözləri ilə əvəz edilib. Bu qanun layihəsi turizmin inkişafına xidmət edir.

Deputat Fazil Mustafa qanunun müzakirəsində çıxış edərək bildirib ki, “ictimai çimərlik” anlayışı qanunda yoxdur: “ Azərbaycanda çimərliklərin böyük əksəriyyəti özəldir. Qanun qadağan etmirsə, deməli, özəl şirkətlər hasar çəkə biləcəklər. Hasarlanmış xüsusi dövlət mühafizəsində olmayanları necə edəcəklər? Hərəsindən bir kubik çıxaracaqlar ki, dənizin sahili görünsün? Bu qanunda dolaşıqlıq yaranıb. Özəllərin üstündən keçilib”.

Deputat Çingiz Qənizadə həmkarının fikirlərini dəstəkləyib. O, qeyd edib ki. yay fəsli yaxınlaşdığı üçün insanlara çimərliklərdən istifadə üçün şərait yaradılmalıdır: “Hər kəs imkanından asılı olmayaraq təbiətin bizə bəxş etdiyi dənizdən istifadə etməlidir”.

Çıxış edən millət vəkili Qənirə Paşayeva da bildirib ki, ölkə başçısının da tapşırığına əsasən insanların çimərliklərə rahat girişinə şərait yaradılmalıdır: “Hasarlar sökülməli, dənizə gedən yolda olan maneələr aradan qaldırılmalıdır”.

Deputatların çıxışından sonra spiker Oqtay Əsədov qeyd edib ki, həqiqətən də qanunda müəyyən boşluqlar var: “ Eldar Quliyev bunu izah edə bilməyəcək. Ona görə də qanuna təklif edən dəyişikliyi saxlayırıq. Gələn dəfə müzakirə edərik” .

Şərhlər

XƏBƏR LENTİ