SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu adamları işdən çıxarmaq çətin olacaq

Bu adamları işdən çıxarmaq çətin olacaq

Tarix:

31-05-2017, 12:17

/ 58 740 dəfə oxundu.
Bu adamları işdən çıxarmaq çətin olacaq

Əmək Məcəlləsinə dəyişikliklər təklif olunur.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Məcəllənin 45, 73, və 77-ci maddələrinə dəyişiklik təklif olunur. 45-ci maddənin 1-ci hissəsinə təklif edilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində "müddətli" sözü "bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli" sözləri ilə əvəz edilib. 77-ci maddənin 3.1. 1-ci hissəsinə isə “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi."

Əmək Məcəlləsində təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ