yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kredit borcu olanlara bəd xəbər - Polis sizi yolda saxlayacaq

Kredit borcu olanlara bəd xəbər - Polis sizi yolda saxlayacaq
30-05-2017, 10:56 56 373 dəfə baxılıb

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov kredit borcunu qaytara bilməyənlərin avtomobillərinin dövlət yol polisi əməkdaşları tərəfindən tutulub cərimə meydançasına aparılmasına münasibət bildirib
Mütəxəssis bildirib ki, son vaxtlar səpələdikləri kreditləri yığa bilməyən banklar maraqlı üsullara əl atırlar: “Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin DYP-nin cərimə meydançasına saxlanca qoyulmasını da tələb edirlər. Bu səbəbdən də avtomobili əlindən alınan adam yeni borc almaqla olsa da, əvvəlki borcunu ödəyib avtomobili azad etmək üçün əl-ayağa düşür və buna məcbur olur. Bəzi məhkəmələr də bu tələbi həvəslə icra edib belə qərardadlar çıxarırlar. Daha sonra DYP də avtomobili yolda saxlayıb cərimə meydançasına aparır”.
Ekspert qeyd edir ki, bu məsələdə ciddi qanunsuzluq var: “İddianı təminetmə tədbiri olan həbs avtomobil üzərinə qoyularkən çox nadir hallarda (məsələn, avtomobil qanunsuz sahiblikdə olanda) həm də onun saxlanca qoyulması qərara alına bilər. Həbs sadəcə sərəncam hüququnu istisna etməlidir, istifadə hüququnu yox. Həm də nəzərə almaq lazımdır ki, DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil. Oranın adı “DYP-nin mühafizə olunan duracağı” olsa da, orada avtomobil bir müddətdən sonra istifadəyə yararsız vəziyyətə düşə bilər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bed, borcu, sizi, olanlara, Kredit, Polis, saxlayacaq, xeber, yolda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ