SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT

"Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT

Tarix:

25-05-2017, 09:31

/ 62 624 dəfə oxundu.
"Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT

Azərbaycan Dövlət Neft Şirkətindən pensiya yaşına çatdığı üçün işdən çıxarılan Qulan Səmədov Dünyamalı oğlu ona ödəniləcək məbləğin tam şəkildə verilmədiyini bildirib. Beə ki, ona 1350 manat ödənilməli olduğu halda, cəmi 396 manat ödənilib.

Hesablaşmanın düzgün aparılmadığını deyən şikayətçi müraciət edib. Şikayətçi iddia edir ki, ona verilməli olan məbləğ mühasibatlıq tərəfindən mənimsənilib:

“Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar. Daha doğrusu, ilk vaxtlarda onlara da 250 manat ödənilib. Ardıcıl şikayətlərdən sonra onlara verilməli olan məbləğ tam şəkildə ödənilib. Ancaq mən və mənimlə yanaşı bir neçə nəfər hələ də tam olaraq pulumuzu ala bilməmişik. Mən 18 il müxtəlif gəmilərdə işləmişəm. İndi isə Neft Şirkətində 850 manat pulum qalıb”.

Şikayətçi bildirib ki, yaxşı yeriyə bilmədiyi üçün hələlik ancaq şirkətə müraciət edib: “Baş mühasibə dəfələrlə yazmışam, görüşmüşəm, o da deyir ki, sənə düşən məbləğ budur”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Cebhe.info

"Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT
"Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT
"Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT
"Ştajı məndən az olanlar 1300 manatını tam şəkildə alıblar" - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ