SON DƏQİQƏ
XalqXeber.Az » Sosial »  Fərman Ceyranlı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib

 Fərman Ceyranlı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib

Tarix:

24-05-2017, 13:46

/ 61 504 dəfə oxundu.
 Fərman Ceyranlı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib

İki gün əvvəl Gürcüstanda polis tərəfindən saxlanılan “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri, professor, tanınmış cərrah Fərman Ceyranlı haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Hazırda işlə bağlı ibtidai istintaq hərəkətləri həyata keçirilir.

F. Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Məlumata görə, 2016-cı ildə onun klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Əməliyyatlar nəticəsində 2 xəstə dünyasını dəyişib. Klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə “Lanset”in lisenziyası ləğv edilib.

Qeyd edək ki, F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.

Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.

Şərhlər

XƏBƏR LENTİ