SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanlı cərrah Fərman Ceyranlı tutuldu - Gürcüstanda

Azərbaycanlı cərrah Fərman Ceyranlı tutuldu - Gürcüstanda

Tarix:

23-05-2017, 17:24

/ 56 230 dəfə oxundu.
Azərbaycanlı cərrah Fərman Ceyranlı tutuldu - Gürcüstanda

“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.

Məlumata görə, həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır.
Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.
Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in senziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək.
Hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.
On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.

Şərhlər

XƏBƏR LENTİ