SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ŞOK: Bakıda 7 saylı orta məktəbdə oğru peyda olub - Direktor isə "mən polisəm?" deyərək məsələdən yayınır...

ŞOK: Bakıda 7 saylı orta məktəbdə oğru peyda olub - Direktor isə "mən polisəm?" deyərək məsələdən yayınır...

Tarix:

18-05-2017, 17:40

/ 111 905 dəfə oxundu.
ŞOK: Bakıda 7 saylı orta məktəbdə oğru peyda olub - Direktor isə "mən polisəm?" deyərək məsələdən yayınır...

Bakıda, şəhərin mərkəzində, metronun "Sahil" stansıyasının yanında yerləşən 7 saylı orta məktəbdə oğru peyda olub. Bu barədə şikayət edən valideynlər məlumat verib.
Onların sözlərinə görə, bu vaxta qədər onlarla uşağın gödəkçələri, paltoları, papaqları, əlcəkləri məktəbin ayrı-ayrı qarderoblarından oğurlanıb. Bu gün isə 2 uşağın qısaqol yaz gödəkçəsi oğurlanıb.
Bununla bağlı danışan valideynlərdən biri bildirir ki, artıq uşağının 3-cü gödəkçəsidir ki, 7 saylı məktəbdə oğurlanıb.
Valideyn danışır: "Biz bununla bağlı məktəbin direktoru Könül xanıma müraciət etdik və valideynlərin onunla görüşüb, məsələnin müzakirə olunmasının vacibliyini dedik. O isə qəti şəkildə bildirdi ki, kimsə onun yanına gəlməsin. Hətta "mən polisəm?" deyərək, bizi ələ də saldı".
Hazırda bir qrup valideynin təhsil naziri Mikayıl Cabbarova müraciət etməyə hazırlaşdığı da qeyd olunur. Bu barədə danışan valideyn deyir: "Ayıbdır. Oğru hər halda kənardan gəlməyib. Polisə verəsi deyilik ki... Amma belə də olmaz. Hansı məktəb işçisi oğrdursa, direktor onu dərhal uzaqlaşdırmalıdır. Direktor bunu etmirsə, nazir bu məsələyə müdaxilə etməlidir".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ