SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşdü

Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşdü

Tarix:

16-05-2017, 12:50

/ 66 024 dəfə oxundu.
Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşdü

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Görüş zamanı müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb, nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşdü
Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşdü

Şərhlər

XƏBƏR LENTİ