SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Tarix:

16-05-2017, 10:41

/ 66 406 dəfə oxundu.
Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər.

Bu haqda sorğumuza cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O qeyd edib ki, bir sıra KİV-lərdə məcburi köçkün tələbələrin təhsil haqqından azad olunmasının ləğvi barədə yazılanlar həqiqətə uyğun deyil:

“Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub. Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlanlar yalanadır”.
modern

Şərhlər

XƏBƏR LENTİ