yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda Ermənistan məhsulları satılır

Azərbaycanda Ermənistan məhsulları satılır
15-05-2017, 09:00 36 373 dəfə baxılıb
yüklənir...

“Ötən il Azərbaycana Gürcüstan vasitəsilə külli miqdarda Ermənistanda yetişdirilmiş ərik gətirildi. Gürcüstanda hər gün azərbaycanlılarla ermənilər görüşürlər, oradan bura mallar gəlir. Heç kim də bu məsələyə nəzarət etmir”.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Bununla bərabər o, birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarı olduğunu qeyd edib: “Lakin Ermənistan mallarının Azərbaycanda satılmasını qəbul etmirəm. Biz, istehlakçı hüquqlarını qoruyan Zaqafqaziya təşkilatı yaratmışıq və hələ on il öncə ”Qırmızı Körpü" bazarında təhlükəli malların qarşısını almışdıq. Ermənistan təşkilatlarının üzərində də müəyyən dərəcədə təsirlərimiz var. Ola bilər ki, Azərbaycan mallarının üzərində etiket olduğu üçün onlar bunu müəyyənləşdirə biliblər. Yanlış fikirdir ki, Azərbaycan malları təhlükəlidir. Ermənistandan Azərbaycana gələn malların üzərində etiket olmur. Ona görə də müəyyən edilmir və Gürcüstan vasitəsilə Ermənistanın kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir. Buna nəzarət etmək də çox mürəkkəbdir".

Ekspert bir müddət öncə Azərbaycan bazarlarında aşkar olunan Ermənistanda istehsal edilmiş şokoladlara da diqqət çəkib: “Bu cür hallar yol verilməz olsa da, Gürcüstan və Rusiya vasitəsilə bəzən Azərbaycana keçə bilir. Ermənistanla bağlı bütün növ malların Azərbaycanda satılması yolverilməz haldır. Fəaliyyətə başlayacaq olan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da təkliflər paketi təqdim etmişik. Qeyd etmişəm ki, əgər orada QHT-lər KİV nümayəndələri təmsil olunmasalar və yalnız indiki dövlət orqanları təmsil olunsalar, bunun heç bir nəticəsi olmayacaq. Orada tam şəffaflıq və ictimai nəzarət mexanizmi olmalıdır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycanda, mehsullari, Ermenistan, satilir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ