SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İdeal-İ İnşaat” narazılıq yaradır - ŞİKAYƏT VAR

“İdeal-İ İnşaat” narazılıq yaradır - ŞİKAYƏT VAR

Tarix:

23-01-2017, 10:47

/ 2 471 dəfə oxundu.
“İdeal-İ İnşaat” narazılıq yaradır - ŞİKAYƏT VAR

Bakıdakı yaşayış massivlərindən birində tikinti özbaşınalığı baş verir. Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən binanın həyətində ümumi planda nəzərdə tutulmayan obyektlərin tikintisi aparılır.

Mənzilləri alarkən podratçı şirkət “İdeal-İ İnşaat” tərəfindən hər kəsə həyətin layihə planı təqdim olunub. Sifarişçi şirkət “The Baku Group” ilə bağlanmış podrat müqaviləsinə əsasən, həyətdə heç bir tikili nəzərdə tutulmayıb. Binanın layihə planında yalnız yaşıllıq, idman meydançasının olacağı göstərilib. Lakin göründüyü kimi, yazılanlara heç də əməl olunmur.

Sakinlərin ünvanladıqları şikayət məktubunda qeyd olunur ki, tikinti nəticəsində həyətdə insanların istirahəti üçün boş ərazi tapmaq mümkünsüz hala çevrilib. Qeyd edək ki, son sürət davam edən inşaat işlərinin gecə saatlarına təsadüf etməsi də əlavə narahatlığa səbəb olur. “İdeal-İ İnşaat” şirkətinə müraciət ünvanlayan sakinlərə Bakı Şəhər İcra Hakimiyyətinin bu barədə qərarı olduğu deyilib.

“İdeal-İ İnşaat” narazılıq yaradır - ŞİKAYƏT VAR
“İdeal-İ İnşaat” narazılıq yaradır - ŞİKAYƏT VAR

Şərhlər

XƏBƏR LENTİ