SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Arzunun atası:`Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ

Arzunun atası:`Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ

Tarix:

12-05-2017, 15:58

/ 89 882 dəfə oxundu.
Arzunun atası:`Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ

əməliyyatdan sonra dünyasını dəyişən 3 yaşlı Qurbanlı Azu Sənan qızının ölümü ilə bağlı bu gün hazırlıq məhkəməsi keçirilib.
Məhkəmə prosesi Sumqayıt Şəhər Məhkəməsində, hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi iləbaş tutub.
Dünyasını dəyişmiş Arzu Qurbanlının atası Sənan Qurbanlı açıqlamasında bildirib ki, onların əsas tələbi məhkəmə prosesi davam etdiyi müddətdə anestezioloq Qənbərov İsmayılın işdən azad edilməsidir.
“Bu gün məhkəmədə vəkilim vasitəsi ilə tələb etdim ki, həmin həkim işdən azad edilməlidir. Çünki onun klinikada vəzifəsi var. Ondan istifadə edib, şahid kimi məhkəməyə gətirilən tibb bacılarına təzyiq göstərir.”
Sənan Qurbanlı həmçinin qeyd edib ki, anestezioloq İsmayıl Qənbərov hadisə baş verən günü sənədlərdə saxta yolla dəyişiklik edib.
“ Onun saxta yolla sənədləri dəyişməsi artıq ekspertiziyanın rəyi ilə sübut olunub. Qızımı əməliyyata salarkən "Kolipsol" dərman preparatını 150 mq dozada vurmasına baxmayaraq, sonradan onu silib, 50 mq doza edib.”
Xatırladaq ki, Sumqayıt şəhərində fəaliyyət göstərən "Real Sağlamlıq Klinikası"nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı keçən il iyunun 30-da burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib. Onu əməliyyat edən həkim Qənbərov İsmayıldır. Ölüm faktına görə, Cinayət Məcəlləsinin 124.1 ( Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Sumqayıt Şəhər Məhkəməsinin hakimi Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi ilə keçirilən məhkəmədə hadisənin baş vermə, ekspertiza rəyi, və bütün detallarla tanışlıq məqsədi ilə, növbəti məhkəmə prosesi may ayının 24-ə təyin olunub.

Femida.az
Arzunun atası:`Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ
Arzunun atası:`Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ
Arzunun atası:`Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ

Şərhlər

XƏBƏR LENTİ