SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Günəşli”də hadisə - Rövnəq Abdullayevdən işçilərlə bağlı təcili qərar

“Günəşli”də hadisə - Rövnəq Abdullayevdən işçilərlə bağlı təcili qərar

Tarix:

12-05-2017, 09:15

/ 40 300 dəfə oxundu.
“Günəşli”də hadisə - Rövnəq Abdullayevdən işçilərlə bağlı təcili qərar

Dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib.

xalqxeber.az SOCAR-ın saytına istinadən xəbər verir ki, lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb. Lakin sonradan, bu bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlmiş və get-gedə artmağa başlayıb. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilib.

Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.

Şərhlər

XƏBƏR LENTİ