SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Özəl tibb müəssisələri şirkətlərlə müqavilə bağlayaraq körpələrə süni qida verir" - Baş pediatrdan ittiham

"Özəl tibb müəssisələri şirkətlərlə müqavilə bağlayaraq körpələrə süni qida verir" - Baş pediatrdan ittiham

Tarix:

11-05-2017, 17:09

/ 55 452 dəfə oxundu.
"Özəl tibb müəssisələri şirkətlərlə müqavilə bağlayaraq körpələrə süni qida verir" - Baş pediatrdan ittiham

“Qida şirklətlərinin doğuşyardım və ya uşaq müəssisəsinə hədiyyə olaraq hansısa süni qida qatışığı verməyə ixtiyarı yoxdur. Bəzi halları biz də görürük, gücümüz çatan qədər qarşısını alırıq. Amma tək əldən səs çıxmaz. Biz çalışmalıyıq ki, uşaqların haqqı və hüququ pozulmasın”. Bunu respublikanın baş pediatrı Nəsib Quliyev bəzi doğum evlərinin süni qida məhsulları hazırlayan şirkətlərlə işbirliyi qurması barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
N.Quliyev qeyd edib ki, doğum evlərində süni qida qatışığı satılmasrı halları olmamalıdır. Baş pediatr hansısa doğum evinin, həkimlərin süni qida satan şirkətlə müqavilə bağlaması, əvəzində qidaları körpələrə verməsi haqda deyilənlərə inanmadığını deyib: "Çox təəssüf ki, bu gün bunu özəl tibb müəsisələrində edirlər, dövlət tibb müəsisələrində belə hallar olmur. Bütün cəmiyyyət bu prosesə etiraz etməli, hamının sözü eyni olmalıdır. Yalnız təkid etdikdən, əziyyət çəkdikdən sonra nəsə nəticə almaq olar. Çünki qarşıda duran tərəf - qida satan adamlar, şirkətlər, təşkilatlar nə əyri işə desən əl atırlar, nə desən edirlər. Son zamanlar çalışırlar ki, bu işləri maskalanmış şəkildə etsinlər. Bazar münasibətləri qəddardır və burada çox çətinliklər var”.

Şərhlər

XƏBƏR LENTİ