yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xəzər rayon sakinləri ölkə rəhbərliyindən kömək istəyir… - ŞİKAYƏT

Xəzər rayon sakinləri ölkə rəhbərliyindən kömək istəyir… - ŞİKAYƏT
10-05-2017, 16:37 50 900 dəfə baxılıb
yüklənir...

Redaksiyaya təqdim olunmuş aşağıdakı müraciəti ixtisarla təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova!
-Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova!
-Azərbaycan Respublikasının Məhkəmə-HüquqŞurasına!
Xəzər rayonu, Buzovna qəsəbə sakinləri- təqaüdçü Əliyev Ağasadıx İbrahim oğlu, təqaüdçü Şücai Qızxanım Nadir qızı, Zeynalova Azadə Xudaverdi qızı və 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı tərəfindən
Şikayət
Bildiririk ki, Buzovna Bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlu bizim Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə və Xəzər rayon İcra Hakimiyyətinə elektron qaydada göndərdiyimiz ərizələrə görə seçkili orqanın vəzifəli şəxsi kimi guya bu şikayət ərizələri ilə Buzovna Bələdiyyəsinin Sədri kimi onun işgüzar nüfuzu, həmçinin şərəf, ləyaqəti tapdanmışdır. Beləliklə, o, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir.
Məgər hansısa dövlət qurumuna edilən və heç bir KİV-də çap olunmayan bir şikayət ərizəsi ilə kiminsə işgüzar nüfuzu ləkələnir? Biz iddianı qəbul etmirik. Hesab edirik ki, Buzovna Bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlu məhkəmə ilə bizim haqq səsimizi boğmaq istəyir. Belə ki, biz onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini təhqir etməmişik. İddiaçı, Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev biz təqaüdçülərdən ona dəymiş mənəvi ziyana görə 400.000 (dörd yüz min) manat kompensasiya almaq istəyir. Əslində o, bununla bizi susdurmaq və özünün yerini daha da möhkəmlətmək istəyir. Əliyev Mətləb Firuz oğlunun iddiası qeyri qanuni və əsassızdır. Onun iddiası aşağıda sadalanlara əsasən rədd olunmalıdır: ilk olaraq bildirik ki, biz, Əliyev Mətləb Firuz oğlunun iddiası üzrə işin Xəzər rayon Məhkəməsində baxılmasını istəmirdik. Belə ki, iddiaçı Əliyev Mətləb Xəzər rayonu üzrə məhkəmə və güc strukturları ilə sıx əlaqədə olmasını özü bizimlə yaxın münasibətdə olduğu vaxtlarda, dəfəflərlə etiraf edib. İki dəfə Xəzər rayon Məhkəməsinin tərkibinə etiraz yazdıq, lakin etirazımız təmin olunmadı.
Məhkəmə hazırlıq iclasını bizim iştirakımız olmadan keçırıb. Hazırlıq iclası 18 mart 2017-ci il tarixdə keçirilib, bildiriş isə bizə 18 mart 2017-ci il tarixdə çatdırılıb. 20 aprel 2017-ci il taixdə iddia üzrə baxış zamanı iş materiallarındakı sənədlərlə tanış olarkən bizə məlum oldu ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər adi kserokopiyadır. Bu da sübut kimi qəbul oluna bilməzdi. Azərbaycan Respubliksının Mülki Prosessual Məcəlləsi buna yol vermir. Belə ki, Azərbaycan Respubliksaının MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. MPM-nin 89.3-cü maddəsnə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Hakim hazırlıq iclasında bunları araşdırmalı və işi kifayət qədər hazırlanmış hesab etdikdən sonra baxılmağa təyin etməlidir. MPM-nin 171-ci maddəsində qeyd olunub ki, hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Amma bu heç də belə olmayıb. Biz iradlarımızı bildirdikdən sonra 26 aprel 2017-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanaı iddiaçı onun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və Xəzər rayon İcra Hakimiyyətinə elektron qaydada göndərdiyimiz müraciətləri məhkəməyə təqdim etdi. Həmin müraciətlər qeyri-qanuni yolla əldə olunub. Məhkəmədə sübut kimi istifadə oluna bilməz.
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Hüquqi dövlətdə qanunun aliliyi prinsipi var. Yəni qanun hər şeydən üstündür. Biz də Azərbaycan vətəndaşlarıyıq və bizim də konstitusiya ilə qorunan hüquqlarımız var. Həmin hüquqlardan da biri müraciət etmək hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müraciət etmək hüququ müəyyən olunub. Həmin maddənin birinci bəndində qeyd olunub ki, «Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir».
Konstitusiyada təsbit olunub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1-ci maddəsində qeyd olunub: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhimlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır”.
Həmin qanunun 1.3-cü maddəsində qeyd olunur ki, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və diğər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. “Vətəndaşların müraciətləri haqqında” Qanununun 7.13-cü maddəsinə əsasən vətəndaşların müraciətlərini aidiyyatı üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
Həmin Qanunun 12.4. maddəsinə əsasən dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşların və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
Həmin Qanunun 12.5. maddəsinə əsasən nüraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.
Bu maddələrdən aydın olur ki, vətəndaşların etdikləri müraciət kənar şəxsə verilməsi və yayılması qadağandır. Amma Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov və Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov “Mülki işə hüquqi yardım göstərilməsi” ilə bağlı vəkil Fərman Dəmir oğlu Cəfərovun sorğusuna əsasən Buzovna Bəlıdiyyəsinin sədri Mətləb Əliyevin barəsində etdiyimiz müraciətləri ona vermişlər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədovun həmin sorğuya cavab məktubunda bildirilir ki, “Mülki işə hüquqi yardım göstərilməsi ilə bağlı sorğunuza uyğun olaraq Xəzər rayonu Buzovna Bəlıdiyyəsinin sədri Mətləb Əliyevin barəsində vətəndaş Firəngiz Quliyevanın Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə daxil olmuş müraciətinin surəti sizə göndərilir”.
Eyni cavab məktubu Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənova da aiddir. Belə ki, o da “Əliyev Mətləb Firuz oğlunun mülki işinə hüquqi yardım göstərilməsi ilə əlaqədar zəruri olduğundan Quliyeva FirəngizHüseyn qızı, Əliyev Ağasadıx İbrahim oğlu, Zeynalova Azadə Xudaverdi qızı və Şücai Qızxanım Nadir qızının Buzobna Bələdiyyəsinin sədri Mətləb Əliyev haqqında Xəzər rayon İcra Hakimiyyətinə daxil olmuş elektron şikayət ərizələrinin surətinin təqdim edilməsi barədə Rayon İcra Hakimiyyətinə ünvanladəğınız M26/2 nömrəli, 11.04.2017-ci il tarixli sorğu məktubunuza cavab olaraq yuxarıda adları qeyd olunan vətəndaşların şikayət ərizələrinin surəti sizə təqdim edilir.”
Bizə bu məktubları Xəzər rayon Məhkəməsində hakim özü təqdim etdi və bildirdi ki, bunları məhkəməyə Mətləb Əliyevin nümayəndəsi verib.
“İnformasiya əldə etmək" haqqında Azərbaycan Respublikasının Qanununun 21.1.1. maddəsinə əsasən sorgu əldə edilməsi qanunla məhdudlasdırılan informasiyaya aid olduqda, yaxud sorguçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda informasiya sahibi sorgunun icrasından imtina etməlidir.
Sual olunur: Hansı əsasla dövlət məmurları Konstitusiyanın və qanunun tələbini pozaraq vətəndaşların müraciətinin surətini sorğuya əsasən, üçüncü şəxsə verib? Nə üçün dövlət məmurları qanunun tələbini pozublar?
Yaxud, biz bəlkə qanun tələbini düzgün başa düşmürük? Axı qanuna görə vətəndaşın müraciətinin yayılması qadağandır və bu məsuliyyət yaradır. Yoxsa qanunun bu norması dövlət məmurlarına aid deyil? Niyə həmin ərizələri araşdırmaq əvəzinə surətini çıxarıb Mətləb Əliyevə çatdırırlar?
“Vətəndaşların müraciətləri haqqında” Qanununun 16-cı maddəsində bir mənalı qeyd olunur ki, bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Aydın olur ki, iddiaçı qanunu pozmaqla əldə edilmiş sübutla məhkəməyə müraciət edir. Lakin Azərbaycan Respublikası MPM 76.3.-cı maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bizim Buzovna bələdiyyəsində işləmiş Mətanət Əkbərovadan şikayətimiz olub. Çünki Buzovna bələdiyyəsinin müfəttişi kimi bizim yol çəkilişi ilə əlaqəli plana düşən torpaq sahələrimizin kompensasiyalarını, «Azəryolservis»dən alıb bizə verməyi vəd etmişdi. Bələdiyyə yerli hakimiyyətdir və biz Mətanət Əkbərovaya bələdiyyə işçisi kimi, yerli hakimiyyətin nümayəndəsi kimi inanmışıq. Lakin Mətanət Əkbərova bizim ona etibarımızdan sui-istifadə edərək bizi aldadıb. Torpaqlarımız əldən gedib, amma adlarına heç bir topaq sahəsi olmayan Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin və Mətanət Əkbərovanın qohumları pul alıblar. Bizim şikayətimiz əsasında Xəzər rayon Polis İdarəsində Mətanət Əkbərovaya qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlandı. Mətanət Əkbərovanın barəsində həbs qətimkan tədbiri seçildi. Amma sonradan Mətanət Əkbərova azdlığa buraxıldı. Müstəntiq Kamran Zülfüqarov bizi iş üzrə zərərçəkmiş kimi tanımadı və işi məhkəməyə göndərdi. Məlumat üçün bildirik ki, Mətanət Əkbərova Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə Buzovna Bələdiyyəsində işləyərkən iki dəfə cinayət məsuliyyətinə cəlb olunub. Bu üçüncü dəfədir. Onun əməllərindən və cinayət məsuliyyətinə cəlb olunmağından Buzovna Bələdiyyə sədri Mətləb Əliyevin xəbəri olub, bununla belə, o, Mətanət Əkbərovanın bələdiyyədə çalışmasına göz yumub. Məgər bu qanunsuzluq, savadsızlıq və özbaşınalıq deyilmi ki, dələduzluq edən Mətanət Əkbərova 6 (altı) il Buzovna Bəlıdiyyəsində işləyib. Biz də bir bələdiyyə işçisi kimi, yerli hökümətin nümayəndəsi kimi Mətanət Əkbərovaya inamışıq. O, isə peşəkar dələduz olub. Dəfələrlə Mətanət Əkbərovanın əməllərindən Buzovna Bəlıdiyyə sədri Mətləb Əliyevə şikayət etdik. Amma nə faydası. O, yalandan vədlər verdi və heç bir kömək etmədi. Hesab edirik ki, bunun sübutu üçün aşağıda qeyd olunalar kifayət edər. Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Kamran Zülfüqarovun icraatında olan 160016026 nömrəli cinayət işinin işi üzrə “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barəsində” 11 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunub: “17.05.2016-cı il tarixdə müstəntiq Eldar Əliyev tərəfindən şahid qismində dindirilən Əliyev Mətləb Firuz oğlu ifadəsində bildirmişdi ki, 2010-cu ilin may ayından Buzovna qəsəbə Bələdiyyəsində sədri vəzifəsində işləyir. Buzovna Bələdiyyəsində üç bələdiyyə müfəttişi var ki, onlardan biri də Əkbərova Mətanət Əkbər qızıdır. Belə ki, Mətanət Əkbərova əvvəllər iki dəfə Cinayyət Məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluqla məhkum olunmuşdur. Həmin cinayətləri də bələdiyyədə işlədiyi zaman törətmişdir ki, bələdiyyə işçisi olmasını bildirərək, vətəndaşlara saxta sənədlərlə torpaq satmış və pul almışdır.Yol çəkilməsi ilə əlaqədar torpaq sahələri plana düşən şəxslərdən dövlətdən artıq pul alması adı ilə pullar alıb və bu kimi müxtəlif saxta hərəkətlər etmişdir.”
Biz dəfələrlə bələdiyyə sədri Mətləb Əliyevin yanında omuşduq və o, bizə söz vermişdi ki, pulunuzun Mətanət Əkbərovadan alıb sizə verilməsinə kömək edəcəm. Amma heç bir köməklik etmədi. Öz qohumlarının adına pul alıb. Əksinə, bizi susdurmaq üçün indii məhkəməyə verib.
Mətləb Əliyevin nümayəndəsinin 26 aprel 2017-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədovun 25.04.2017 –ci il tarixli 09/05-48 saylı məktubu ilə təqdim etdiyi sənəddə iş üzrə cavabdehlər - Quliyeva Firəngiz Hüseyn qızı, Əliyev Ağasadıx İbrahim oğlu, Zeynalova Azadə Xudaverdi qızı və Şücai Qızxanım Nadir qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri cənab Fikrət Məmmədova və surəti “Təzadlar”qəzetinə açıq məktubdur. Həmin məktubda Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin bizi məhkəməyə verməsini və bizdən - birinci qurup əlil və pensiyaçılardan 400 000 manat kompensasiya istəməsini bildirmişik. Digər müraciətdə isə Quliyeva Firəngiz Hüseyn qızının Buzovna Bələdiyyəsinin fəaliyyətindən olan şikayətidir. Həmin şikayət ərizəsində baş verilənlər barədə yazılıb. Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənovun 20.04.2017-ci il tarixli, 623 saylı məktubu ilə təqdim etdiyi sənəddə iş üzrə cavabdehlər - Quliyeva Firəngiz Hüseyn qızı, Əliyev Ağasadıx İbrahim oğlu, Zeynalova Azadə Xudaverdi qızı və Şücai Qızxanım Nadir qızı tərəfindən Xəzər rayon İcra Hakimiyyətinə edilmiş müraciətləridir ki, həmin müracətlərdə də iddiaçının heç bir şərəf və ləyaəqəti, işgüzar nüfuzu təhqir olunmayıb. Biz öz hüquqlarımızın bərpasını və bizim Xəzər rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul olunaraq dinlənilməyimizi istəmişik. Əliyev Ağasadıx İbrahim oğlunun digər ərizəsi isə Xəzər rayon Polis İdarəsinin müstəntiqi Kamran Zülfüqarovun hərəkətindəndir.
Sonda bir daha bildirik ki, biz iddiaçı Əliyev Mətləb Firuz oğlunun Buzovna Bələdiyyəsinin Sədri kimi işgüzar nüfuzunu, həmçinin şərəf, ləyaqətini təhqir etməmişik. İki ay olacaq ki, Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənov bizi məhkəməyə apar-gətir etdirir. Biz başa düşmürük, 70 yaşında biz qocalardan nə istəyirlər? Heç bir günahımız olmadan Mətləb Əliyevin qurduğu oyunda qalmışıq. Bələdiyyə sədri Mətləb Əliyev məhkəmədə hələ bir dəfə də olsa iştirak etməyib. Biz yaşlı, xəstə insanlarıq. Məhkəmə başdan ayağa Mətləb Əliyev üçün çalışır. Məhkəmə «kopiya» dəlillərlə işləyir. Bu isə qanunları pozmaq deməkdir.
Yuxarıda qeyd etdiklərimizi əsas tutaraq Sizdən xahiş edirik, bizim konstitusion hüquqlarımızın pozulma faktının araşdırılmasına göstəriz verəsiniz və günahı olan məmurlara qarşı ciddi tədbir görüb, bu qanunları pozan məhkəmə baxışını dayandırasınız.
Redaksiyadan: qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
«Təzadlar»


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rehberliyinden, ShKAYET, komek, Xezer, , olke, isteyir, rayon, sakinleri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ